Yuxarı

Rövşən Rzayev

 - 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri



2018

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. Bitərəfdir.

2009

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilib.

2004

Əmək fəaliyyətinə gənc yaşlarından başlayıb. 1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

1986

1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1993-cü ildə həmin Universitetin hüquq fakültələrini bitirib.

1962

1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olub.