Ermənistanın ABŞ-dakı səfirliyi qaşısında etiraz aksiyası keçirilib

Ermənistanın ABŞ-dakı səfirliyi qaşısında etiraz aksiyası keçirilib Ermənistanın ABŞ-ın paytaxtı Vaçinqton şəhərindəki səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil olunub.
Qarabağ
17 İyul , 2020 03:29
Ermənistanın ABŞ-dakı səfirliyi qaşısında etiraz aksiyası keçirilib
0 : 00
0 : 00

Ermənistanın ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil olunub.  

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Aksiyaçılar əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə səfirlik binasının önünə doğru yürüş ediblər. “İşğalı dayandır”, “Ar olsun Ermənistana”, "Qarabağa Ədalət", “Qarabağ Azərbaycanındır” şüarlarını yazıldığı plakatlarla səfirlik binasının önündə toplaşan yüzlərlə həmyerlimiz Amerika ictimaiyyətini baş verən ədalətsizliyə susmamağa çağırıb.

Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatları barədə ABŞ ictimaiyyətinə məlumat verilib.

Etirazçılar qəsbkar Ermənistanın davam etdirdiyi təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarında işğala son qoymasını tələb ediblər.

Aksiyanın sonunda bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinin binasının qapısına vurulub.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi