Bakı. 30 noyabr. REPORT.AZ/ "Rusiyanın
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan
"Yenə də xatırlatmaq istərdik ki, 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır".
Bu baxımdan, Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsədəuyğun olardı: "Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir", - XİN rəsmisi bildirib.
Rusiyanın vasitəçilik missiyasına gəlincə, L.Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını müəyyən edən sənəddən stat gətirib: "Orada aydın şəkildə deyilir: "Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Nizamnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqdır".
Həmçinin, sual yaranır, əgər bu həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçmək üçün müvafiq, ilk növbədə mənşə ölkəsinin – Azərbaycanın qanunvericiliyinə uyğun verilmiş etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?"