Bakı. 30 noyabr. REPORT.AZ/ "
“Report” xəbər verir ki, bunu brifinq zamanı verilən sualı cavablandıran Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirib.
“Bu səfər özəl tədbirdən başqa cür dəyərləndirilə bilməz. Onun statusu göz qabağındadır. Həmin səfər nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan tərəfinin bu yaxınlardakı bəyanatında Rusiya tərəfinə qarşı irəli sürülən iradları bizim fikrimizcə, əsassızdır”, – Rusiya rəsmisi vurğulayıb.
Xatırladaq ki, Azərbaycan XİN Bako Sahakyanın Moskvaya səfərini Rusiyanın vasitəçilik öhdəliklərinə zidd olan addım kimi qiymətləndirmişdi.