Ermənistan Prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatının İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.
Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”.
Qeyd edək ki, martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan
Mütəxəssislər A.Sarkisyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.