Səməd Bəşirli: "Karbon vergisində fərqli davranmaq şansımız olmayacaq"

Səməd Bəşirli: "Karbon vergisində fərqli davranmaq şansımız olmayacaq" Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə Azərbaycanın fərqli davranmaq şansı olmayacaq.
COP29
31 Oktyabr , 2024 11:14
Səməd Bəşirli: Karbon vergisində fərqli davranmaq şansımız olmayacaq

Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə Azərbaycanın fərqli davranmaq şansı olmayacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.

"Bizim karbon emissiyalarını azaltmaq üçün qarşımızda hansı iqtisadi çətinliklər var? Bu qiymətləndirmənin aparılmasında hansı çətinliklər var? Biz texnologiyanın xərcləri hesablarında bugünkü qiymətləri nəzərə alırıq, amma 5-10 ildən sonra bu texnologiyanın qiymətinin nə qədər olacağını təxmin edə bilmirik. Çünki iqlim dəyişmələrinə, emissiyaların azalmasına yönələn texnologiyalar artdıqca bunların qiymətinin düşməsi yəqin ki, qaçılmaz olacaq. İkinci əsas məsələ isə real sektora təsirdir. Bu təsir birmənalı şəkildə lacaq. Eyni zamanda düşünməliyik ki, bi neçə il əvvələ qədər karbon vergisi sözü çox spesifik hallarda səslənirdi, ancaq indi gündəliyimizi məşğul edir. Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə bizim fərqli davranmaq şansımız olmayacaq. Bunun real sektora təsir edəcəyi şübhəsizdir. Amma biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi