Rusiyalı nazir: COP29-un nəticələri Azərbaycanın diplomatik qələbəsidir

Rusiyalı nazir: COP29-un nəticələri Azərbaycanın diplomatik qələbəsidir Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda (COP29) qəbul edilən yekun sənəd Azərbaycanın diplomatik qələbəsidir.
COP29
6 Dekabr , 2024 12:29
Rusiyalı nazir: COP29-un nəticələri Azərbaycanın diplomatik qələbəsidir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda (COP29) qəbul edilən yekun sənəd Azərbaycanın diplomatik qələbəsidir.

“Report” xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov "İnterfaks"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, konfrans iştirakçıları inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf razılaşdırıblar. İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinə hər il azı 300 milyard dollar ayrılmasını təmin etməlidirlər.

M.Reşetnikov əlavə edib ki, Bakıda inkişaf etməkdə olan ölkələr üçün yeni iqlim maliyyələşdirmə hədəfinin razılaşdırılması üzrə müzakirələr son dərəcə gərgin olub.

"Fikir ayrılıqlarına baxmayaraq, konfransın bütün iştirakçı ölkələri yekun sənədi razılaşdırıblar. Burada Azərbaycanın sədrliyinin əsas rolunu və onların komandasının danışıqlardakı ustalığını xüsusi qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir", - nazir qeyd edib.

O COP29-un nailiyyətləri arasında karbon vahidlərinin beynəlxalq ticarəti üzrə qaydaların təsdiqlənməsini vurğulayıb: "Bakı konfransının daha bir danışıqlar qələbəsi və müsbət nəticəsi odur ki, iştirakçılar karbon vahidlərinin beynəlxalq satışı qaydalarını təsdiqləyiblər. Əldə edilən razılaşmalarda ölkələrin yaradılan karbon bazarları infrastrukturuna bərabər hüquqlu çıxış prinsipinin təsbit edilməsi vacibdir. Rusiya layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir".

COP29-da qalıq yanacaqlardan imtina məsələsi və bu mövzuda danışıqların gedişatını şərh edən M.Reşetnikov bildirib ki, Rusiya ondan istifadədən imtina etməyi planlaşdırmır: "Biz heç nədən imtina etmirik. Ötən il qlobal karbon neytralllığına nail olmaq üçün balanslaşdırılmış tədbirlər toplusu formalaşdırmaq mümkün oldu. Buraya həm də bərpa olunan enerji mənbələrinin, elektrik nəqliyyatının, atom energetikasının inkişafı, enerji səmərəliliyinin artırılması daxildir".

Son xəbərlər

Orphus sistemi