"Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

"Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir "Report" İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi bu il imzalanmış memorandum çərçivəsində əməkdaşlığı genişləndirir.
COP29
20 Noyabr , 2024 22:26
Report İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir

"Report" İnformasiya Agentliyi ilə Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi bu il imzalanmış memorandum çərçivəsində əməkdaşlığı genişləndirir.

"Report" xəbər verir ki, “Rio Üçlüyü” təşəbbüsünün təməlini təşkil edən və üç ölkə tərəfindən qəbul edilmiş Birgə Bəyannamə iqlim dəyişməsi, biomüxtəlifliyin itirilməsi və səhralaşma kimi bir-biri ilə əlaqəli problemlərin həlli üçün praktiki və koordinasiyalı fəaliyyətlərin vacibliyini vurğulamaqla yanaşı, hökumətlər, çoxtərəfli qurumlar və vətəndaş cəmiyyəti arasında daha güclü tərəfdaşlığa çağırır.

Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin (CSC) rəhbəri, Oksford Universitetinin Sent-Entoni Kollecinin müəllimi, professor Məhəmməd Nurunnabi "BakuTV"yə müsahibəsində tərəfdaşlığın detallarını bölüşüb və Mərkəzin iqlim proqramlarının həyata keçirilməsində strateji rolu barədə danışıb.

"Report" ilə əməkdaşlıq çərçivəsində COP29-un şüarı olan "Yaşıl dünya naminə həmrəylik" mövzusunda bir neçə tədbir təşkil etmişik. Bu tərəfdaşlıq sayəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dayanıqlı inkişaf və iqlim məsələləri ilə bağlı əməkdaşlığı dərindən öyrənirik. Təşəbbüslərimiz iqlim sahəsində dəstək məqsədi daşıyan konfranslar, vebinarlar və digər tədbirləri əhatə edir", - Mərkəz rəhbəri bildirib.

Nurunnabinin sözlərinə görə, Yaxın Şərqin "yaşıl təşəbbüsü" və Səudiyyə Ərəbistanının "yaşıl təşəbbüsü" çərçivəsində 77 layihə iqlim dəyişikliyi ilə mübarizə səylərinin ayrılmaz tərkib hissəsidir.

"Səudiyyə Ərəbistanı, Azərbaycan və digər ölkələr arasında əməkdaşlıq planetin dayanıqlı inkişafına nail olmaqda həlledici əhəmiyyət kəsb edir. İnanıram ki, bu platformalar vasitəsilə əhəmiyyətli dəyişikliklərə nail ola biləcəyik. Azərbaycanda konfransda iştirak təcrübəsi inanılmaz dərəcədə faydalı oldu. İnsanlar, şəhər və ölkə möhtəşəmdir. Ölkənin və regionun dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi üçün əlamətdar hadisə olacaq COP29-da iştirak etmək mənim üçün böyük şərəfdir", - Mərkəzin rəhbəri qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında “Report” İnformasiya Agentliyi və Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Dayanıqlılıq və İqlim üzrə Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev və Dayanıqlılıq və İqlim üzrə Mərkəzin təsisçi direktoru, professor Məhəmməd Nurunnabi imza atıblar.

Son xəbərlər

Orphus sistemi