Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edib
Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edibAzərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əldə
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən tarixi nəticələri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması və quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.
At #COP16 in Riyadh, the #COP29 Presidency met with Carlos Manuel Rodriguez, CEO of GEF, to discuss the historic outcomes of #COP29 in Baku. Focused on advancing climate finance, fostering partnerships and driving global action for land restoration and drought resilience.… pic.twitter.com/UCOW9AFwEl