Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib

Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib ​​​​​​​BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib
COP29
16 noyabr 2024 10:29
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib
Saməddin Əsədov

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyannaməsi qəbul edilib.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə birləşdirəcəklər: "O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımların çatdırılmasını təmin etməyə çalacaqlar. Bəyənnamənin digər mövzusu kosmik agentliklərin ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqlarını artıraraq onların ehtiyaclarını daha dərindən anlamaq və peyklərlə əldə etdikləri məlumatları istifadəçilərə daha rahat şəkildə çatdırmaları ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi