Qətər rəsmisi: Azərbaycanla ekologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq edə bilərik

Qətər rəsmisi: Azərbaycanla ekologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq edə bilərik Qətər iqlim maliyyəsi məsələlərində ümumi, lakin diferensiallaşdırılmış məsuliyyət prinsipinə sadiqdir.
COP29
18 Noyabr , 2024 11:39
Qətər rəsmisi: Azərbaycanla ekologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq edə bilərik

Qətər iqlim maliyyəsi məsələlərində ümumi, lakin diferensiallaşdırılmış məsuliyyət prinsipinə sadiqdir.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin iqlim dəyişmələri məsələləri üzrə nazir müavininin köməkçisi Əhməd Mohammed Əl Sada bildirib.

Onun sözlərinə görə, Qətər COP29-da iştirakı ilə iqlim dəyişikliyinin yumşaldılması tədbirlərinin həyata keçirilməsinə töhfə vermək və bu məqsədlər üçün innovativ həllərin işlənib hazırlanmasında dəstəyini gücləndirmək niyyətindədir.

"Qətər inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə, texnologiyaların işlənib hazırlanması və ötürülməsi, potensialın artırılması məsələsində məsuliyyətini vurğulayır", - Əl-Sada bildirib.

O, həmçinin Qətər və Azərbaycan arasında ekologiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlığın mümkün olduğunu vurğulayıb.

Əl-Sada Qətərin Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrə investisiya yatırmağı planlaşdırıb-planlaşdırmadığı sualının cavabında bildirib ki, zəruri araşdırmalar aparıldıqdan və əməkdaşlığın bütün aspektləri öyrənildikdən sonra müvafiq qərar qəbul etmək mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi