Boiç: Əsas problemlərdən biri istixana qazlarının azaldılmasının düzgün hesablanmamasıdır

Boiç: Əsas problemlərdən biri istixana qazlarının azaldılmasının düzgün hesablanmamasıdır Paris razılaşmasının 6-cı maddəsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini səfərbər etməyə imkan verir.
COP29
15 Avqust , 2024 14:39
Boiç: Əsas problemlərdən biri istixana qazlarının azaldılmasının düzgün hesablanmamasıdır

Paris razılaşmasının 6-cı maddəsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini səfərbər etməyə imkan verir.

Bu barədə “Report”a İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP-un büro üzvü Andrey Boiç bildirib.

Onun fikrincə, 6-cı maddə iqlim dəyişikliyinə dayanıqlı uyğunlaşma üçün hazırda effektiv olan ən yaxşı mexanizmdir.

O, həmçinin qeyd edib ki, bütün üstünlüklərə baxmayaraq, bu konsepsiyanın həyata keçirilməsi üçün hələ də çoxlu problemlər mövcuddur.

“İki ən böyük problem istixana qazlarının azaldılmasının düzgün hesablanması və karbon kreditlərindən necə istifadə ediləcəyi barədə qərar verməkdir”, - Boiç deyib.

Onun fikrincə, karbon kreditlərinin ticarətində şəffaflıq da vacib məsələdir: “Bunun üçün tərəflər arasında tam inamın olması lazımdır”.

Ekspert bunu onunla izah edir ki, atmosferə məhdud həcmdə qaz buraxılması üçün kvota olan karbon kreditlərindən istifadə Paris razılaşmasının 6-cı maddəsinə uyğun olaraq deyil, “qrinvoşinq” (“yaşıl” niyyətlər adı altında vəsaitlərdən qeyri-məqsədyönlü istifadə) kimi həyata keçirilə bilər.

Bununla belə, Boiç qeyd edib ki, tərəflər arasında ən vacib razılaşma artıq əldə olunub.

“Bu, artıq iqlim dəyişikliyi və ciddi addımlar atmağa ehtiyac olması ilə bağlı heç bir şübhənin olmamasına dair razılaşmadır. Fikir ayrılıqları isə tədbirlərin görülməsi sürəti və iqlimə artıq dəymiş ziyana görə məsuliyyətlə bağlıdır”, - Boiç fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi