Azərbaycan "Cisco Systems" ilə innovasiya ekosisteminin təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan "Cisco Systems" ilə innovasiya ekosisteminin təkmilləşdirilməsini müzakirə edib ​​​​​​​COP29 çərçivəsində Azərbaycan ABŞ-ın "Cisco Systems" şirkəti ilə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keç
COP29
16 Noyabr , 2024 18:21
Azərbaycan Cisco Systems ilə innovasiya ekosisteminin təkmilləşdirilməsini müzakirə edib

COP29 çərçivəsində Azərbaycan ABŞ-ın "Cisco Systems" şirkəti ilə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.

Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.

Şirkətin ölkəmizdəki fəaliyyətinin şaxələndirilməsi və bu çərçivədə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün qlobal sinerjinin təmin edilməsinin əhəmiyyətli perspektivləri vurğulanıb.

Tərəflər əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqinin təkmilləşdirilməsi, rəqəmsal iqtisadiyyatın əhatəsinin genişləndirilməsi, müasir texnologiyalardan istifadənin təşviqi və birgə istehsalın təşkili imkanlarının dəyərləndirilməsi barədə fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi