Yuxarı

Bakıda iqtisadiyyatın rəqəmsallaşdırılması nəticəsində yaranan vergi problemləri müzakirə ediləcək

Bakıda vergi problemləri müzakirə ediləcək

Oktyabrın 8-dən 10-dək Bakıda Avrasiya ölkələri üçün Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına (Base Erosion and Profit Shifting, BEPS) qarşı V regional iclas keçiriləcək.

"Report" xəbər verir ki, tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Vergilər Nazirliyi tərəfindən təşkil ediləcək.

OECD-nin məlumatında qeyd olunur ki, bu cür görüşlər bütün ölkələrə OECD-nin BEPS üzrə qəbul etdiyi planın regional əsasda həyata keçirilməsi ilə bağlı təcrübəsini bölüşməyə imkan verir.

İclasın əsas mövzusu iqtisadiyyatın rəqəmsallaşması nəticəsində yaranan vergi problemlərinin həllinə yönəlmiş “inklüziv qrup”un (OECD üzvü olan ölkələr və G20 ölkələri tərəfindən BEPS layihəsinin həyata keçirilməsi üçün yaradılıb) son dövrlərdə gördüyü iş olacaq.

İclasda Avrasiya ölkələrinin maliyyə və vergi administrasiyalarının nümayəndələri, yüksək vəzifəli şəxslər, həmçinin texniki ekspertlər, OECD və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, BEPS planı 15 addımdan ibarətdir. Hər bir addım ayrı bir vergi probleminin və təklif olunan həllərin təsviridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi