Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək

Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 20 dövlət müəssisəsindən 18-də beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı işlər aparılıb.
Biznes
12 İyun , 2018 10:30
Azərbaycanda dövlət müəssisələri beynəlxalq mühasibat uçotu standartları ilə işləyəcək
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova / Report
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Azərbaycanda fəaliyyət göstərən 20 dövlət müəssisəsindən 18-də beynəlxalq mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı işlər aparılıb".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili" mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Bunda başqa, onun sözlərinə görə, dövlət müəssisəslərinə kreditor borclarının üzləşdirilməsini aparmaq tapşırılıb: "Bilirsiniz ki, dövlət müəssisələrinin gəlir və xərclərinin idarə edilməsi ilə bağlı xüsusi komissiya yaradılıb. Baş nazirin I müavininin iştirakı ilə komissiyanın iclası keçirilir, həmçinin Vergilər Nazirliyi bir sıra dövlət müəssisələri ilə birgə nəzarət tədbirləri həyata keçirir". 

Son xəbərlər

Orphus sistemi