Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 410 400 ABŞ dolları dəyərində dəmir yolu şpalı idxal edib.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin 11 ayı ərzində Rusiyanın ixrac etdiyi ümumi dəmir yolları şpallarının 5,4%-nə bərabərdir.
Belə ki, hesabat dövründə Rusiya 7,6 mln. dollarlıq dəmir yolu və tramvay xətləri üçün şpallar ixrac edib. Bu isə illik müqayisədə 6% çoxdur.
Ümumilikdə, Rusiya dəmir yolu və tramvay xətti şpalları ixracı ümumi bu adda məhsul idxalını 144% üstələyir. Bu müddət ərzində həmin adda məhsul 15 ölkəyə ixrac edilib. İxracın əsas həcmləri Qazaxıstana həyata keçirilib ki, bu da ümumi ixracın 51,5%-ni təşkil edib.
Həmçinin ötən dövr ərzində Ukraynaya (19,7%), Özbəkistana (12,9%), Türkmənistana (3,9%), Tacikistana (1,8%) və Belarusa (1,6%) dəmir yolu şpalı satılıb.
Uzaq xarici ölkələrdən isə Rusiyanın taxta şpallarını İran (0,9%), Latviya (0,6%), Çexiya (0,4%), Litva (0,1%), Türkiyə (0,1%) və Monqolustan (0,05%) idxal edib.