Yuxarı

Azərbaycan 4 ölkə ilə gömrük tranzitinin rəqəmsallaşdırılmasını planlaşdırır

Azərbaycan 4 ölkə ilə gömrük tranzitini rəqəmsallaşdırır 324

BMT-nin qlobal gömrük tranzit sistemi “TIR Konvensiya”nı imzalayan 76 ölkə xarici ticarəti və malların sərhədlər boyunca maneəsiz hərəkətini asanlaşdırmaq üçün bu il fevralın 5-də əməliyyatların online intermodal layihə “eTIR” sistemi üzərindən aparılması barədə razılığa gəliblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem hər il, təxminən, 1-3,5 milyon yük maşınının sərhədlərdən sürətli keçidini təmin edəcək.

“20 illik müzakirələr nəticəsində “eTIR” razılaşmasının imzalanması "TIR Konvensiya"sının 70 illik tarixində yeni bir mərhələdir. Son illərdə daha çox ölkə, xüsusi ilə Çin, Hindistan və Yaxın Şərqin aparıcı dövlətlərinin bu Konvensiyaya qoşulması beynəlxalq ticarət və əlaqələrin davamlı inkişafını təmin edəcək”, – BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova bildirib.

Qeyd edək ki, 2017-ci ildən İran-Türkiyə, Gürcüstan-Türkiyə arasında “eTIR” sistemi çərçivəsində pilot layihələr həyata keçirən təşkilat Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında intermodal layihənin həyata keçirilməsini ilə bağlı müzakirələr, Azərbaycanla İran arasında isə eTIR- layihəsi hazırlıq mərhələsindədir.

Xatırladaq ki, 34 min nəqliyyat və logistika şirkəti tərəfindən istifadə edilən “eTIR” sistemi, sərhəd-keçid məntəqələrində sərf olunan vaxtı təxminən 80%, xərcləri isə 38%-ə qədər azaldır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi