Vüsal Qasımlı: "WB digər ölkələrə təcrübəmizdən yararlanmağı tövsiyə edir"

Vüsal Qasımlı: "WB digər ölkələrə təcrübəmizdən yararlanmağı tövsiyə edir" Azərbaycanda yaradılmış monitorinq və qiymətləndirmə institutu postsovet məkanında ən təkmil institut hesab edilir. Hətta Dünya Bankı (WB) digər ölkələrə bizim qabaqcıl təcrübəmizdən yararlanmağı tövsiyyə edir.
Biznes
16 Yanvar , 2023 12:24
Vüsal Qasımlı: WB digər ölkələrə təcrübəmizdən yararlanmağı tövsiyə edir
Vüsal Qasımlı

Azərbaycanda yaradılmış monitorinq və qiymətləndirmə institutu postsovet məkanında ən təkmil institut hesab edilir. Hətta Dünya Bankı (WB) digər ölkələrə bizim qabaqcıl təcrübəmizdən yararlanmağı tövsiyə edir.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib.

"Biz şəffaflığın artırılması naminə monitorinq və qiymətləndirməmizi davam etdiririk. Hazırda bir sıra ölkələr data əsaslı fəaliyyətə üstünlük verir. Biz də hesab edirik ki, data nə qədər çox olarsa şəffaflıq bir o qədər bərqərar olar. İndiyə qədər 88 minitorinq və qiymətləndirmə hesabatı təqdim etmişik. Bu monitorinqlər şəffaflığın artırılmasına xidmət edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi