2013-cü ildən etibarən təşkil edilən və ölkəmizin marketinq sahəsində ilk forumu olan “Milli Marketinq Forumu” bu il VIII dəfə “FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcəkdir. İki gün davam edəcək forum 10-11 iyun 2022-ci il tarixlərində “Baku Marriott Hotel Boulevard”da baş tutacaqdır.
Bu forum ölkəmizdə marketinq sahəsinin inkişafına dəstək, sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsi, yerli marketoloqlarla müzakirə fürsətinin yaradılması, bazarda mövcud olan və mövcud ola biləcək yeni tendensiyaların gündəmə gətirilməsi və bu sahə üzrə mütəxəssislərin bir araya toplanmasını əsas götürərək ölkə marketoloqları ilə daha sistemli şəkildə bilik mübadiləsi aparmağı, ümumi marketinqə olan baxışı müsbət istiqamətdə dəyişməyi, milli marketinq bazarında olan yenilikləri gündəmə gətirməyi hədəfləyir.
Tədbirin əsas təşkilatçısı “Facemark” MMC-nin həmtəsisçisi Rafiq Hunaltay tədbirin məqsədi, konsepti və bu ilki yeniliklər barədə fikirlərini belə ifadə edir:
“Reallığa daha yaxın olmaq üçün "ÖZ YOLUMUZ" olmalıdır. Bu il VIII “Milli Marketinq Forumu” məhz öz yolumuza işıq tutacaq. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdığı 11 ən mühüm problemə qarşı öz çıxış yolumuzu bu il 8 paneldə işıqlandıracağıq. İlk dəfə bu il həm spikerlərin fərdi təqdimatlarından ibarət panellər, həm də “Davos”formatı müzakirələrinin baş tutacağı panellər olacaqdır”.
10-11 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq və iki gün davam edəcək “MMF22” tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi internet səhifəsini (
Linkedin:
İnstaqram:
izləyə bilərsiniz.
Forumda iştirak ödənişlidir. Yerlər məhduddur! "Öz yolumuza" bilet əldə etmək üçün linkə keçid edin : https://millimarketinqforumu.az/