Türkmənistan Azərbaycana sürtkü yağlarının ixracını 35 dəfə artırıb

Biznes
  • 28 iyun, 2022
  • 10:35
Türkmənistan Azərbaycana sürtkü yağlarının ixracını 35 dəfə artırıb

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində 7 min 739 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,1 % çoxdur, kəmiyyət olaraq – 40 % azdır.

Türkiyəyə 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 34,5 % artıb) 5 min 744 ton (-21,1 %), İraqa 811 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 568,71 ton (+80 %), Ukraynaya 358 min ABŞ dolları dəyərində (-85,3 %) 379 ton (-89,6 %), Moldovaya 358 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 295,3 ton (+2,1 dəfə), Livana 278 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 176,1 ton (+97,8 dəfə) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana xaricdən 37,4 milyon ABŞ dolları dəyərində 20 min 666 ton sürtkü yağları gətirilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 51 % və 65,6 % çoxdur.

Türkiyədən 9,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 64 % artıb) 3 min 977 ton (+39,3 %), Rusiyadan 7,55 milyon ABŞ dolları dəyərində (+33 %) 6 min 739 ton (+52,3 %), Almaniyadan 6,6 milyon ABŞ dolları dəyərində (+26 %) 1 min 817 ton (+16 %), Türkmənistandan 3,6 milyon ABŞ dolları dəyərində (+30 dəfə) 4 min 622 ton (+35 dəfə), Belçikadan 1,8 milyon ABŞ dolları dəyərində (+41,4 %) 555 ton (+39 %) məhsul alınıb.

44 - Tezliklə