Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfədən çox azalıb

Biznes
  • 02 mart, 2024
  • 06:02
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfədən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 15 şirkət yaradılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,5 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, yanvarda yaradılmış şirkətlərin 4-ü (illik müqayisədə 2 dəfə çox) səhmdar cəmiyyət (SC), 11-i isə (2 dəfə az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 9 milyon 250 min türk lirəsi (277,5 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə azdır. Bunun 57,1 %-ni və yaxud 5 milyon 280 min türk lirəsini (158,4 min ABŞ dolları; 3,5 dəfə az) sırf Azərbaycan vətəndaşları təmin edib.

1 türk lirəsi = 0,03 ABŞ dolları

44 filmi