Türkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi

Türkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi Yaşar Karadağ: "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox ölçülü və strateji səviyyədədir, əlaqələrimiz hər sahədə bir çox ölkəyə nümunə olacaq səviyyədədir"
Biznes
23 Dekabr , 2020 09:58
Türkiyə Azərbaycanla imzalanan Preferensial Ticarət Sazişi təsdiqlədi
0 : 00
0 : 00

Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişinin təsdiqlənməsinin uyğun görülməsi və Sazişin əlavələrinə dəyişikliklərin Türkiyə prezidenti tərəfindən birbaşa təsdiqlənməsinə dair səlahiyyət verilməsi ilə əlaqədar qanun layihəsi Böyük Millət Məclisində qəbul edilib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox ölçülü və strateji səviyyədədir. Ortaq dil, mədəniyyət və tarixdən güc alan qardaşlığımıza əsaslanan “bir millət, iki dövlət” ruhuyla təyin edilən əlaqələrimiz hər sahədə bir çox ölkəyə nümunə olacaq səviyyədədir”, - MHP Iğdır millət vəkili Yaşar Karadağ bildirib.

Xatırladaq ki, Saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb. Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək.

Son xəbərlər

Orphus sistemi