“Tesla” avtomobillərinin bir hissəsini geri qaytarır

“Tesla” avtomobillərinin bir hissəsini geri qaytarır Kaliforniyada yerləşən “Tesla” şirkəti daha əvvəl buraxdığı elektrik avtomobillərinin bir hissəsini qüsurları aradan qaldırmaq üçün geri qaytarır.
Biznes
445
30 Noyabr , 2020 16:38
“Tesla” avtomobillərinin bir hissəsini geri qaytarır

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Tesla” şirkəti daha əvvəl buraxdığı elektrik avtomobillərinin bir hissəsini qüsurları aradan qaldırmaq üçün geri qaytarır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Çin Dövlət Bazarın Tənzimlənməsi Administrasiyası (SAMR) bu ölkədə 2016-cı il 16 mart – 31 iyul tarixləri arasında istehsal olunmuş “Model X” modelinə aid 870 ədəd avtomobili damının arxa hissəsinin qopması təhlükəsinə qarşı geri qaytarır.

Bundan əvvəl ”Tesla” 2015-ci ilin sentyabrından 2016-cı ilin iyul ayınadək istehsal edilmiş 9 136 ədəd adıçəkilən modelə aid avtomobilin də eyni problemə görə geri qaytarıldığını açıqlamışdı.

Bununla yanaşı, “Tesla” 2020-ci ildə istehsal olunmuş 401 ədəd “Model Y” avtomobilin də sükan mexanizminin kifayət qədər bərkidilməməsi şübhəsilə bağlı geri qaytarıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi