Tacikistan SPECA ölkələrinə "yaşıl iqtisadiyyat"a daha çox diqqət yetirilməsinə çağırıb

Tacikistan SPECA ölkələrinə "yaşıl iqtisadiyyat"a daha çox diqqət yetirilməsinə çağırıb BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində keçirilən tədbirlərdə "yaşıl iqtisadiyyat"ın inkişafı məsələsinə daha çox diqqət yetirilməlidir.
Biznes
21 Noyabr , 2023 12:48
Tacikistan SPECA ölkələrinə yaşıl iqtisadiyyata daha çox diqqət yetirilməsinə çağırıb

BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində keçirilən tədbirlərdə "yaşıl iqtisadiyyat"ın inkişafı məsələsinə daha çox diqqət yetirilməlidir.

"Report" xəbər verir ki, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

Nazir müavini bildirib ki, Tacikistan "yaşıl iqtisadiyyat"ın və "yaşıl texnologiya"ların ölkədə tətbiq edilməsinə xüsusi diqqət yetirir: "2023-2037-ci illər üçün Tacikistanda "yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı strategiya qəbul olunub. "Yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın şaxələndirilməsinə, ekoloji problemlərin həllinə imkanlar yaradacaq".

Son xəbərlər

Orphus sistemi