"Sumqayıt Texnologiyalar Parkı" yeni şirkət yaradıb

Biznes
  • 14 aprel, 2023
  • 06:53
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "STP Advanced Technologies" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə (STP) məxsus Sumqayit şəhəri, Hacı Zeynalabdin Tağiyev qəsəbəsi, Texnopark ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Nəriman Həsən oğlu Sərdarlıdır.

STP həmçinin "Q-STP", "SOCAR-STP", "STP Advanced Technologies", "STP Alüminium", "STP Global Cable", "STP Metal Structures", "STP Polymer" və "STP-AH" MMC-lərin təsisçisidir.