Şəkidə sahibkarlara çıxarışlar təqdim edilib

Şəkidə sahibkarlara çıxarışlar təqdim edilib Şəki rayonunda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.
Biznes
23 Oktyabr , 2024 12:37
Şəkidə sahibkarlara çıxarışlar təqdim edilib

Şəki rayonunda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın təqdim olunması davam edir.

Qeyd edilən Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şəki rayonunda da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Bildirilib ki, bu ilin 15 oktyabr tarixinədək 10 min 072 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti qurumlara və qeyri-yaşayış binasının sifarişçilərinə (sahiblərinə) təqdim olunub, 1245 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, hüquq sahibləri elektron çıxarışla təmin edilib.

Sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüququnun tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi