Gömrük Məcəlləsinin və "Gömrük tarifi haqqında" qanunun dəyişdirilməsi biznes mühitinin inkişafına yönəlib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı bildirişlərin verilməsi mühüm addımdır. Bəzən bilərəkdən və yaxud bilməyərəkdən gömrük rüsumu yüksək göstərilir. Bildiriş verməklə biz bu problemi aradan qaldıracağıq. Gömrük büdcə daxilolmalarından daha çox nəzarətedici orqan olmalıdır ki, ölkəmizə qanunsuz daşımaların qarşısı alınsın", - deyə o qeyd edib.
Bundan başqa, gömrük rəsmisinin sözlərinə görə, Azərbaycanda bir neçə aydır ki, gömrük ekspertizası elektron qaydada aparılır: Ekspertizaya göndərilən malların rəyi onlayn olacaq. Eyni məhsullar yenidən gələndə onları ekspertizadan keçirməyə ehtiyac qalmayacaq. Bu isə gömrük prosedurunun müddətini azaldacaq".