Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni artıracaq

Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni artıracaq Bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ötən illə müqayisədə təxminən 10 milyon manat çox – 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.
Biznes
28 Yanvar , 2022 11:32
Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni artıracaq

Bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) ötən illə müqayisədə təxminən 10 milyon manat çox – 140 milyon manat güzəştli kredit verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Fondun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

Bununla belə, o qeyd edib ki, bu rəqəm dəyişə də bilər: "Bu, daxil olacaq müraciətlərdən və sahələrdən aslı olacaq".

"2022-ci il üçün Fondun əsas prioritetləri işlənib-hazırlanıb. Onları Müşahidə Şurası təsdiq edəcək. Əsas prioritetlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, sənaye məhsullarının istehsalı, xidmət və turizm sektorlarının maliyyələşdirilməsidir. Prioritetlər istiqamətlər təsdiq edildikdən sonra fondun internet səhifəsində yerləşdiriləcək, bizimlə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına yazılı və elektron şəkildə təqdim ediləcək. Bundan başqa, 2022-ci ildə Fondun institusional bazasının daha da gücləndirilməsi, həmçinin, fəaliyyət planına uyğun olaraq hədəflər, o cümlədən elektronlaşma üzrə işlərin davam etdirilməsi planlaşdırılır”, - deyə o, əlavə edib.

Xatırladaq ki, SİF 2021-ci ildə 130,6 milyon manat güzəştli kredit verib.

Son xəbərlər

Orphus sistemi