Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir

Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.
Biznes
18 Sentyabr , 2024 23:04
Rusiyanın tikinti şirkətləri Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir

Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.

Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.

Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.

Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerlərdə görüşlər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi