Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir

Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir “Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı
Biznes
23 Fevral , 2022 00:36
Rusiyanın 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir

“Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk kuratorluq edir”.

“Report” xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir”, - Mixail Mişustin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi