Nazir: "Qarşımızda əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır"

Nazir: "Qarşımızda əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır" Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır.
Biznes
6 May , 2023 11:30
Nazir: Qarşımızda əsas məsələ işğaldan azad edilmiş ərazilərin bərpasıdır

Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ - işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.

"Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir.

Əminliklə deyə bilərik ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş milli prioritetlər üzrə yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da yüksələcək. Bunu müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə qurumlarının ölkəmizin iqtisadiyyatı ilə bağlı müsbət proqnozları da təsdiq edir", - deyə nazir əlavə edib.

"Bugün biz ərazi bütövlüyünü bərpa etmiş, azad, sosial-iqtisadi göstəriciləri yüksək, dünyada nüfuzlu və etibarlı tərəfdaş, Cənubi Qafqazda lider olan ölkədə yaşayırıq. Ehtiramla yad etdiyimiz Ulu Öndər Heydər Əliyev məhz belə qüdrətli Azərbaycanı görmək arzusunda idi. Bugünkü uğurlarımızın əsasında onun müstəsna xidmətləri və mütərəqqi ideyaları dayanır.

Dünya siyasətçilərinin birinciləri sırasında dahi və fenomenal siyasətçi kimi xüsusi yer tutan Ulu Öndərimizin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi