Mikayıl Cabbarovdan iqtisadi rayonların yeni bölgüsü barədə açıqlama

Mikayıl Cabbarovdan iqtisadi rayonların yeni bölgüsü barədə açıqlama "Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünü təsdiqləməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, ida
Biznes
8 İyul , 2021 17:42
Mikayıl Cabbarovdan iqtisadi rayonların yeni bölgüsü barədə açıqlama
Mikayıl Cabbarov

"Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünü təsdiqləməsi Azərbaycan torpaqlarının tarixi adlarının bərpası baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi ixtisaslaşmanı səmərəli investisiya siyasətinin həyata keçirilməsini, idarəetmədə çevikliyin artırılmasını təmin edəcək".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Bu yanaşma Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcəkdir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi