Alman milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti 2020-ci ili 6,7 milyard avro zərərlə baş vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 1,2 milyard avro mənfəətlə çıxmışdı.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən il “Lufthansa”nın sərnişinlərinin sayı kroonavirus (COVID-19) pandemiyası ilə əlaqədar əvvəlki illə müqayisədə 4 dəfə az olub. Son nəticədə aviaşirkətin illik gəliri 62,7% və yaxud 2,7 dəfə azalaraq 13,6 milyard avroya düşüb. Milli aviadaşıyıcının xərcləri isə bundan çox olub.
Xatırladaq ki, “Lufthansa”nın müflis olmasının qarşısını Almaniya hökuməti alıb. Buna əsasən 2020-ci il iyunun 9-da təqdim edilmiş 9 milyard avroluq xilasetmə paketi hesabına nail olunub. Bundan başqa, aviaşirkət 22 min işçisini ixtisar edib.