Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb - YENİLƏNİB

Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb - YENİLƏNİB Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri -&ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarını
Biznes
5 İyul , 2020 19:10
Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb - YENİLƏNİB

Video əlavə olunub


***17:33

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər. 

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Konteyner"dən bildirilib. 

Məlumata görə, müxtəlif yüklərin daşındığı 43 ədəd qırx futluq konteynerdən ibarət qatarı Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb.

Burada isə qısa zaman ərzində konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində  yola salınıb. 

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni rekord qısa zamanda – 14 saata (normativ 24 saat), yəni 10 saat tez qət edib. Qatar marşrutun Türkiyə ərazisindəki hissəsini 50 saata qət edib. Bu isə normativdən 70 saat tez deməkdir.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar yaranmış bəzi çətinliklərə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (TBNM) yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi