Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti işə düşüb

Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti işə düşüb Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.
Biznes
17 Sentyabr , 2021 17:38
Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti işə düşüb

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətt istifadəyə verilib.

"Report" xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Axundov, Özbəkistanın “UzAvtoSanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da iştirak ediblər.

Bu xətt üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi olan və “General Motors” (ABŞ) şirkətindən əldə olunan razılıq əsasında “Chevrolet” markalı minik avtomobillərinin və Yaponiyanın “İSUZU” brendinin avtobusları və pikapları istehsal ediləcək.

Yeni istehsal xəttində il ərzində 6 modeldə 5000 ədəd “Chevrolet” minik avtomobilləri, 1000 ədəd “İSUZU” markalı avtobus və pikapların buraxılması nəzərdə tutulur. Avtobuslar 2, pikaplar isə 6 komplektasiyada olacaq.

Hacıqabul Sənaye Məhəlləsi ölkə prezidentinin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. Burada dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar böyük maraq göstərir.

Son xəbərlər

Orphus sistemi