Dövlət Gömrük Komitəsi "ARAS Pro"nun tətbiqinə başlayıb
- 08 dekabr, 2025
- 13:34
Dövlət Gömrük Komitəsi "ARAS Pro"nun tətbiqinə başlayıb.
"Report" xəbər verir ki, komitə sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının tətbiqinə başlayıb: "Bu, "ARAS Pro" tətbiqidir və bununla sistemi daha üst səviyyəyə qaldırmışıq. Məlumatlar təmizləndikcə, yeni, əlavə alqoritmlər də sistemə daxil edə bilirik".
O bildirib ki, komitənin növbəti illərdə hədəfi rəsmiləşmənin maksimal dərəcədə azaldılmasıdır: "Əgər biz bu ilin 11 ayını 2023-cü ilin 11 ayı ilə müqayisə etsək görərik ki, sərbəst dövriyyə üçün buraxılan bəyannamələrin hazırda 38 %-i üç saatın altında rəsmiləşdirilir. "Yaşıl dəhliz" iştirakçılarında isə təqdim olunan bəyannamələrin təxminən 55 %-i üç saatın altında rəsmiləşməsi həyata keçirilir".