DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib

DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib Dövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Biznes
13 Sentyabr , 2021 14:49
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib

Dövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

"Report"un məlumatına görə, açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Son xəbərlər

Orphus sistemi