“Bumble”nin qurucusu dünyanın ən gənc milyarder qadını oldu
Biznes
- 13 fevral, 2021
- 12:20
“Bumble” tanışlıq xidmətinin qurucusu və rəhbəri, 31 yaşlı Vitni Volf Herd (Whitney Wolfe Herd) dünyanın ən gənc qadın milyarderi olub.
“Report” xəbər verir ki, bu barədə məşhur “Forbes” jurnalı yazıb.
Məlumata görə, bu həftənin cümə axşamı günü “Bumble” mobil tətbiqinin səhmlərinin qiyməti ilkin tədavüllə (IPO) müqayisədə 77 % artıb. Son nəticədə səhmlərinin 11,6 %-nə nəzarət edən gənc sahibkarın sərvəti 1,6 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, “Bumble” bazara çıxarılandan ABŞ-da ən sürətlə inkişaf edən tanışlıq xidmətlərindən biri olub. Şirkətin uğurları sayəsində V.V.Herd ötən il “Forbes”in "ABŞ-ın ən uğurlu qadın sahibkarları və icraçı qadınları" siyahısına daxil olub. O həm də "30-30" mükafatının da laureatıdır.
Son xəbərlər
04:12
Rusiya NATO ilə danışıqlara hazırdır
Region03:38
Almaniyada xarici kəşfiyyatın səlahiyyətləri artırılır
Digər ölkələr02:55
KİV: "TikTok" ABŞ-dəki biznesini satmaq üçün müqavilə imzalayıb
İKT02:29
Avropa İttifaqı ilə Mercosur arasında sazişin imzalanması baş tutmayıb
Digər ölkələr02:11
Tramp Venesuelaya zərbə endirmək üçün Konqresin təsdiqinə ehtiyac olmadığını bildirib
Digər ölkələr02:06
UEFA Konfrans Liqası: Liqa mərhələsində VI turun oyunları keçirilib
Futbol02:01
Video
Keçmiş pilot ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub - Yenilənib
Digər ölkələr01:26
"Napoli" İtaliya Superkubokunun finalında
Futbol01:13