Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası işə başlayıb.
Biznes
3 Fevral , 2022 10:55
Bakıda Azərbaycan-Macarıstan Birgə Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası işə başlayıb.

"Report" xəbər verir ki, iclasdan əvvəl Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfdən həmsədri, bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto arasında təkbətək görüş keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə və komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda isə S.Babayev Azərbaycanla Macarıstan arasında münasibətlərin getdikcə inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının qəbul etdiyi "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rol oynadığını vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən danışıb, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verib. Nazir Macarıstan şirkətlərinin Qarabadağdakı quruculuq işlərində iştiraka maraq göstərmələrinin məmnunluq hissi doğurduğunu qeyd edib, eləcə də hazırda ölkəmizdə bir sıra macar şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

S.Babayev bundan əvvəl Bakı və Budapeştdə keçirilmiş biznes forum, işgüzar görüş və digər tədbirlərin, habelə 2019-cu ildə Budapeştdə Azərbaycan Ticarət Evinin açılmasının ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib, Birgə Komissiyanın fəaliyyətinin əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayıb. O, Komissiyanın bu günkü iclasının, həmçinin iclasdan əvvəl təşkil olunmuş Azərbaycan-Macarıstan biznes forumunun uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edilib.

P.Siyarto isə ölkəsinin Azərbaycanla dostluq münasibətlərindən, strateji tərəfdaşlığından bəhs edib, ikitərəfli əlaqələrin daim genişləndiyini bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi