Azərbaycanla İndoneziya halal turizm və ticarət sahəsində əməkdaşlıq edə bilər

Biznes
  • 22 iyun, 2022
  • 11:27
Azərbaycanla İndoneziya halal turizm və ticarət sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev bu ölkənin vitse-prezidenti Maruf Aminlə görüşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında halal turizm və ticarət sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

C.Mirzəyev vurğulayıb ki, bu il Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyidir: "Qarşılıqlı səfərlərin artırılması, digər mexanizmlərin təkmilləşdirilməsi ikitərəfli münasibətlərin genişləndirilməsinə xidmət edəcək".

M.Amin isə deyib ki, səfirliyin Azərbaycanla İndoneziya arasında qeyri-neft-qaz sektorunda əməkdaşlığının genişləndirilməsi üçün tam əməkdaşlıq edəcəyinə ümid edir. Bununla da ölkələr arasında ticarət dövriyyəsi daha balanslı olacaq, ticarət daha da artacaq.