Azərbaycanın əsas tədarük bazarından siqaret idxalı 14 dəfə azalıb

Biznes
  • 25 iyun, 2022
  • 12:16
Azərbaycanın əsas tədarük bazarından siqaret idxalı 14 dəfə azalıb

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 1,012 milyon ABŞ dolları dəyərində 55,75 milyon ədəd siqaret gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,4 dəfə, kəmiyyət olaraq – 6,8 dəfə azdır.

Ukraynadan 499,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 15,7 dəfə azalıb) 21,83 milyon ədəd (-14,3 dəfə) və Rusiyadan 511,98 min ABŞ dolları dəyərində (-23 %) 33,92 milyon ədəd (-47 %) məhsul alınıb.

Qeyd edək ki, ötən il xaricdən aldığımız 722 milyon ədəd siqaretin 67 %-i Ukraynanın payına düşüb. Bu ilin mart-aprel aylarında Azərbaycan bu ölkədən siqaret idxal etməyib.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 454,89 min ABŞ dolları dəyərində 60,83 milyon ədəd siqaret göndərilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 32 % və 48 % azdır.

Hesabat dövründə Türkmənistana 136,75 min ABŞ dolları dəyərində 11,5 milyon ədəd, Omana 196,59 min ABŞ dolları dəyərində 35,64 milyon ədəd və Gürcüstana 121,55 min ABŞ dolları dəyərində 13,69 milyon ədəd məhsul satılıb.

Bir il əvvəl Omana siqaret ixrac edilməyib. Üç il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 1 ayın tamamında Türkmənistana tədarük bərpa edilib