Azərbaycanın əsas tədarük bazarından odadavamlı gil idxalı 54 dəfə azalıb
- 21 iyun, 2022
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 24,1 min ABŞ dolları dəyərində 133,44 ton odadavamlı gil alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 12,5 dəfə, kəmiyyət olaraq – 19 dəfə azalıb.
Hesabat dövründə Ukraynadan 9,17 min ABŞ dolları dəyərində 40 ton, İrandan 1,7 min ABŞ dolları dəyərində 10 ton, Rusiyadan 13,22 min ABŞ dolları dəyərində 83,44 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 28,3 dəfə və 54 dəfə azalıb, İrandan – 4,8 dəfə və 5,1 dəfə azalıb, Rusiyadan 37 % artıb və 0,3 % azalıb.
Qeyd edək ki, ötən il xaricdən aldığımız 16 min 618 ton odadavamlı gilin 97 %-i Ukraynanın payına düşüb. Bu ilin mart-aprel aylarında Ukraynadan ümumiyyətlə tədarük olmayıb. Apreldə Azərbaycan bu məhsulu ancaq Rusiyadan alıb. Əvvəlki 3 ayın göstəricisinə nisbətən həmin ölkədən tədarükün həcmi apreldə 12 dəfə artıb.