Azərbaycanda bal istehsalı 10 %-ə yaxın artıb

Azərbaycanda bal istehsalı 10 %-ə yaxın artıb 2022-ci ildə Azərbaycanda 7 445,9 ton bal istehsal olunub.
Biznes
14 Mart , 2023 14:58
Azərbaycanda bal istehsalı 10 %-ə yaxın artıb

2022-ci ildə Azərbaycanda 7 445,9 ton bal istehsal olunub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur.

Ötən il bal istehsalı 32 933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsinin hesabına olub. Bunlar isə əvvəlki ilə nisbətən müvafiq olaraq 1,2 % az və 4,9 % çoxdur.

Bundan başqa, son 1 ildə ölkədə mum istehsalı 0,9 % artaraq 174,1 ton, vərəmum istehsalı 22,4 % artaraq 19,1 ton, güləm istehsalı 31,5 % artaraq 23,4 ton, arı südü istehsalı isə 76 % artaraq 379,1 kq olub.

"Prezident İlham Əliyevin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-ə yüksəlib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi