Azərbaycana idxal olunan hibrid avtomobillərin 95 %-i bir ölkədən gətirilib

Biznes
  • 03 dekabr, 2021
  • 10:38
Azərbaycana idxal olunan hibrid avtomobillərin 95 %-i bir ölkədən gətirilib

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 55,909 milyon ABŞ dolları dəyərində hibrid və tam elektrik mühərrikli 8 min 872 ədəd avtomobil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 93,15 %, kəmiyyət olaraq – 2,3 dəfə artıb.

Hesabat dövründə ölkəyə 53,628 milyon ABŞ dolları dəyərində 8 min 779 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri gətirilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 2,4 dəfə çoxdur.

Yaponiyadan 44,031 milyon ABŞ dolları dəyərində 8 min 324 ədəd, ABŞ-dan 4,727 milyon ABŞ dolları dəyərində 279 ədəd, Almaniyadan 2,312 milyon ABŞ dolları dəyərində 38 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından (Britaniya) 791,5 min ABŞ dolları dəyərində 10 ədəd, Meksikadan 511,9 min ABŞ dolları dəyərində 59 ədəd, Slovakiyadan 447,95 min ABŞ dolları dəyərində 5 ədəd, Koreyadan 298,8 min ABŞ dolları dəyərində 40 ədəd, Türkiyədən 215,19 min ABŞ dolları dəyərində 11 ədəd, Kanadadan 128,4 min ABŞ dolları dəyərində 6 ədəd, Çexiyadan 101,5 min ABŞ dolları dəyərində 4 ədəd, Yeni Zelandiyadan 25 min ABŞ dolları dəyərində 1 ədəd, Çindən 18,5 min ABŞ dolları dəyərində 1 ədəd və Tayvandan 18,5 min ABŞ dolları dəyərində 1 ədəd avtomobil gətirilib.

Yaponiyadan tədarük ötən ilin eyni dövrünə nisbətən dəyər olaraq 2,9 dəfə, ABŞ-dan – 4,2 dəfə, Almaniyadan – 10,57 %, Britaniyadan – 31,82 %, Meksikadan – 57,46 %, Koreyadan – 37,63 %, Kanadadan – 5,1 dəfə artıb, Slovakiyadan – 44,51 %, Türkiyədən – 29,5 % azalıb, qalan 4 ölkədən isə idxal olmayıb. Bu kateqoriyadan olan avtomobillərin cəmi idxalının dəyər ifadəsində 82 %-i, kəmiyyət olaraq 95 %-i Yaponiyanın payına düşüb.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 2,281 milyon ABŞ dolları dəyərində 93 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) tədarük olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 71,55 %, kəmiyyət olaraq - 34,51 % azalıb. Azalma elektromobillərin ötənilki ümumi idxalında müvafiq olaraq 85 % və 70 % payı olan Britaniyadan tədarükün olmaması ilə bağlıdır.

Almaniyadan 1,101 milyon ABŞ dolları dəyərində 14 ədəd, ABŞ-dan 548,38 min ABŞ dolları dəyərində 19 ədəd, İsraildən 228,79 min ABŞ dolları dəyərində 27 ədəd, Çindən 170,5 min ABŞ dolları dəyərində 7 ədəd, Yaponiyadan 72,5 min ABŞ dolları dəyərində 12 ədəd, Türkiyədən 42,28 min ABŞ dolları dəyərində 6 ədəd, Meksikadan 40 min ABŞ dolları dəyərində 4 ədəd, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 24,63 min ABŞ dolları dəyərində 1 ədəd, Fransadan 10,8 min ABŞ dolları dəyərində 2 ədəd və Koreyadan 6,8 min ABŞ dolları dəyərində 1 ədəd elektromobil idxal edilib.

Almaniyadan idxal 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 80,27 %, ABŞ-dan - 22,93 %, Çindən – 2,2 dəfə, Yaponiyadan – 2,7 dəfə, Türkiyədən – 4,99 dəfə artıb, Koreyadan – 79,8 % azalıb. İsrail, Meksika, BƏƏ və Fransadan həmin dövrdə tədarük olmayıb.