Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalına çəkdiyi xərci 13 % artırıb

Biznes
  • 06 aprel, 2023
  • 13:22
Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalına çəkdiyi xərci 13 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 30,857 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

Təkcə martda isə Türkiyə Azərbaycana 11,418 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 18,9 % çoxdur.

I rübdə Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,9 % azalaraq 3,276 milyard ABŞ dollara, mart ayında isə 15,1 % azalaraq 1,225 milyard ABŞ dollarına düşüb.

44 filmi