Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 3 %-dən çox azaldıb

Biznes
  • 07 aprel, 2025
  • 10:45
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 3 %-dən çox azaldıb

Bu ilin I rübündə Azərbaycan Türkiyədən 495,156 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 % azdır.

Yanvar-mart aylarında Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,2 % artaraq 56 milyard 607,281 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (4,737 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 2,2 % çox), İtalya (3,174 milyard ABŞ dolları; 0,8 % çox), ABŞ (3,126 milyard ABŞ dolları; 1,2 % az) və İngiltərə (3,115 milyard ABŞ dolları; 5,4 % çox) həyata keçirib.

Təkcə martda isə Türkiyədən Azərbaycana 184,068 milyon ABŞ dollar dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 2,6 % azdır.

Türkiyənin Azərbaycana aylıq ixracı da ümumi ixracının 0,9 %-i qədər olub.

44 filmi