Azərbaycan Rusiyaya heyva satışını 3 dəfəyə yaxın artırıb
Biznes
- 13 noyabr, 2025
- 15:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 802 min ABŞ dolları dəyərində 748 ton heyva ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 786 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çox) 743,9 ton (+2,7 dəfə), Səudiyyə Ərəbistanına 13,9 min ABŞ dolları dəyərində (+4,5 %) 0,7 ton (-37 %) və Qazaxıstana 1,6 min ABŞ dolları dəyərində (-45 %) 3,2 ton (-50 %) heyva satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 903 ton heyvanın 97 %-i Rusiyanın payına düşüb.
Son xəbərlər
16:23
Azərbaycan əhalisi əczaçılıq xərclərini bir ildə 21 %-dən çox artırıb
İnfrastruktur
16:19
İlham Rəhimli: Dövlət teatrlarında bədii rəhbər, baş rejissor kimi vəzifələr bərpa edilməlidir
Mədəniyyət siyasəti
16:10
Azərbaycanda mikromobillik vasitələrinin sifarişi oktyabrda 33 % artıb
İnfrastruktur
16:10
Rafael Hüseynov: Azərbaycan muzeylərinin, demək olar, hamısında kondisioner problemi var
Mədəniyyət siyasəti
16:09
Dublin sammitinin siyasi nəticələri: Azərbaycan Avropa diplomatiyasında hansı mövqeyi tutur?
Analitika
16:06
Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-ə yaxın artıb
Energetika
16:05
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Maliyyə
16:04
"Mançester Yunayted" Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb
Futbol
16:03
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Xarici siyasət