Azərbaycan kakao idxalına çəkdiyi xərci 24 % artırıb

Biznes
  • 20 iyul, 2024
  • 08:47
Azərbaycan kakao idxalına çəkdiyi xərci 24 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 65,078 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 4,695 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 0,2 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,73 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti