Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Biznes
  • 10 dekabr, 2025
  • 14:25
Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri cənab Alessandro Puliti ilə görüşüb.

"Report" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və "yaşıl keçid" sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük. Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti