Azərbaycan Gürcüstandan taxta-şalban idxalına başlayıb
- 15 mart, 2023
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 7 milyon ABŞ dolları dəyərində 7 min ton taxta-şalban gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 20,2 % azdır.
Azərbaycan Rusiyadan 2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 2 min 651 ton (-37 %), Belarusdan 1,93 milyon ABŞ dolları dəyərində (+57 %) 2 min 121 ton (+68 %), Çindən 1,34 milyon ABŞ dolları dəyərində (+62 %) 900 ton (+11,1 %), Ukraynadan 810 min ABŞ dolları dəyərində (-35 %) 952 ton (-51 %), Türkiyədən 373 min ABŞ dolları dəyərində (-5 %) 110 ton (-43 %) məhsul alıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycana Gürcüstandan (6,5 min ABŞ dolları dəyərində 11 ton) taxta-şalban tədarükü həyata keçirilib. Bir il 4 aylıq fasilənin ardından Portuqaliyadan (11 min ABŞ dolları dəyərində 2,3 ton) idxal bərpa edilib.